İspaniyada aeronaviqasiyasını idarə edən “Aena” şirkəti aviadaşıyıcılara Palma, Homera və Hierro adalarına olan uçuşları müvəqqəti olaraq dayandırmağı tövsiyə edib.
Trend “Lenta.ru”ya istinadən xəbər verir ki, buna səbəb Palma vulkanının püskürməsi nəticəsində təhlükənin artmasıdır.
Vulkanın püskürməsi 19 sentyabrda El Paso yaşayış məntəqəsi yaxınlığında kiçik maqnitudalı zəlzələlərdən sonra başlayıb. Yerli səlahiyyətlilər məhdud hərəkət qabiliyyətli insanların təxliyə edilməsinin başladığını elan ediblər.