İspaniya Ukraynaya ZRK-lar göndərəcək

İspaniya Ukraynaya ZRK-lar göndərəcək

İspaniya hava hücumundan müdafiə üçün əlavə olaraq iki ədəd “Hawk” zenit-raket qurğusunu Ukraynaya göndərməyi planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə “İnfodefensa” məlumat yayıb.

Həmçinin, yaxın vaxtlarda ukraynalı hərbçilər təlimlər üçün Toledoya gələcək.

Bu həftə isə 21 əsgər ölkənin cənub-şərqindəki Almeriyada 105 mm-lik haubitsalardan istifadə etməyi öyrənəcək.

Ümumilikdə, İspaniyanın hər iki aydan bir 400-ə yaxın ukraynalı əsgəri hazırlamaq imkanı var.

Teqlər: