İspaniya hökuməti Ukraynaya ağır artilleriya silahları üçün sursat da daxil olmaqla, hərbi yardımla birlikdə iki təyyarə və altı yük maşını göndərib.
AzerTimes xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyi məlumat yayıb.
İspaniya müdafiə naziri Marqarita Roblesin sözlərinə görə, ümumilikdə tədarüklərin həcmi 75 palet sursat olacaq.