İspaniya Ukrayna əvəzinə “Avroviziya-2023″ə ev sahibliyi etməyi təklif edib

İspaniya 2023-cü ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə
ev sahibliyi etməyə hazırdır.

AzerTimes-ın
məlumatına görə, bu barədə İspaniyanın “RTVE” dövlət teleradio
şirkətinin kommunikasiyalar üzrə direktoru Mariya Eisaqirre
deyib.

“RTVE” [gələn ilki yarışmanın] teşkilində Ukraynaya hər cür
dəstək olmağı təklif edir və əgər ehtiyac olarsa, biz növbəti
“Avroviziya”ya ev sahibliyi etməyə hazırıq”, – deyə M.Eisaqirre
bildirib.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçirilən 66-cı mahnı
müsabiqəsində Ukraynanın “Kalush Orchestra” qrupu “Stefaniya”
mahnısı ilə qalib olub.