Ukraynada müharibə başlayandan bəri Rusiyadan İspaniyaya maye qaz idxalı 84% artıb.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Əlcəzairdən tədarükün azalmasından sonra İspaniya digər ölkələrdən LNG alışını artırmağa məcbur olub. Rusiya boru kəmərləri vasitəsilə Avropaya satışları minimuma endirsə də, son bir ildə LNG axını 30%-dən çox artıb.
Eyni zamanda, qeyd olunub ki, İspaniya bu il AB-nin Rusiya LNG-sinin ən böyük alıcısıdır, onu Belçika və Fransa izləyir.