İspaniya nümayəndə heyəti ilə əməkdaşlıq haqqında müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı
Agentliyində (İZİA) Azərbaycan-İspaniya Ticarət Assosiasiyasının
prezidenti Fərid Mustafayev, İspaniyanın “Factorenergia S.A.”
şirkətinin baş icraçı direktoru Emili Rousaud Pareslə görüş
keçirilib.

Görüşdə İspaniya şirkətlərinin sənaye zonalarında investisiya
layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə
edilib.

İZİA-nın İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad
Nuriyev Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları və
aqroparklar, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait,
mövcud imkanlar, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə
yaradılan sənaye parklarının iqtisadi, nəqliyyat-tranzit potensialı
barədə məlumat verib, İspaniyadan olan iş adamlarını sənaye
zonalarında yaradılmış investisiya mühitindən yararlanmağa dəvət
edib.

Qeyd edək ki, “Factorenergia S.A.” şirkəti 1999-cu ildə təsis
edilib və İspaniyanın ilk müstəqil enerji satışı müəssisəsidir.
Hazırda şirkət enerji xidmətlərinin göstərilməsi, günəş
panellərinin və batareyalarının, təbii qaz və elektrik şarj
cihazlarının istehsalı ilə məşğul olur.

Teqlər: