İspaniya hökuməti “Leopard” tanklarını Ukraynaya təhvil verməkdən imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə İspaniyanın müdafiə naziri Marqarita Robles bildirib.
“Biz hələ də bütün imkanları araşdırırıq, lakin indidən deyə bilərəm ki, uzun illər Saraqosada saxlanılan “Leopard” tankları tamamilə acınacaqlı vəziyyətdə olduğu üçün verilə bilməz”, – Robles söyləyib.
Onun sözlərinə görə, bu cür avadanlıqların yenidən istifadəsi risklidir.