Aprelin 3-də futbol üzrə İspaniya La Liqasının 30-cu turunun
mərkəzi qarşılaşması keçirlib.
Trend xəbər verir ki, “Nou Kamp” stadionunda baş tutan görüşdə
son vaxtlar məhsuldar oyunu ilə diqqət çəkən “Barselona” doğma
azarkeşlər önündə “Sevilya” komandasını qəbul edib. Gərgin keçən
görüşdə meydan sahibləri minimal hesabla qalib gəlib – 1:0. Oyunda
yeganə qolun müəllifi matçın 72-ci dəqiqədə Pedri olub.
Bu qələbə sayəsində “Barselona” xal ehtiyatını 57-ə çatdıraraq
turnir cədvəlində ikinci pilləyə yüksəlib. Eyni xala malik iki
komanda – “Sevilya” və “Atletiko Madrid” üçüncü və dördüncü yerdə
qərarlaşıblar.
La Liqanın lideri “Real Madrid” səfərdə “Selta Viqo” komandasını
məğlub edib – 2:1. “Real Madrid”in heyətində Kərim Benzema dublu
ilə yadda qalıb. “Selta Viqo” komandasının yeganə qolunu isə Nolito
vurub. Qeyd edək ki, matçın 64-cü dəqiqəsində fransalı forvard
penalti zərbəsini yerinə yetirə bilməyib. Kərim Benzema cari
mövsümdə 35 oyunda 34 qol və 13 məhsuldar ötürmə edib.
Bu qələbə sayəsində xallarını 69-a çatdıran “Real Madrid”
liderliyini davam etdirir. “Selta Viqo” isə 36 xalla 11-ci yerdə
qərarlaşıb.
Turun bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
“Atletik Bilbao” – “Elçe” – 2:1;
“Real Betis” – “Osasuna” – 4:1;
“Qranada” – “Rayo Valleykano” – 2:2;
“Valensiya” – “Kadiz” – 1:1;
“Hetafe” – “Malyorka” – 1:0;
“Levante” – “Vilarreal” – 2:0;
“Atletiko Madrid” – “Deportivo Alaves” – 4:1.