İspaniya La Liqası: “Barselona” Xavinin rəhbərliyi altında ilk oyunda qələbə qazanıb

“Barselona”nın futbolçuları İspaniya çempionatının 14-cü turunda “Espanyol” komandasını 1:0 hesabı ilə məğlub edib.

AzerTimes-ın məlumatına görə, görüş Barselonanın “Kamp Nou” stadionunda keçirilib.

“Barsa”ya kataloniya derbisində qələbəni 48-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Memfis Depay gətirib.

Bu nəticədən sonra “Barselona” 20 xal toplayıb və turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. “Espanyol” 17 xalla 11-ci yerdədir.

“Barselona” üçün bu oyun Xavinin rəhbərliyi altında ilk matç olub. Komandanın 41 yaşlı keçmiş yarımmüdafiəçisi noyabrın 6-da klubun yeni baş məşqçisi təyin olunub.

Teqlər: