“Barselona” futbol klubu İspaniya çempionatı oyununda “Real
Madrid”i 4:0 hesabı ilə məğlub edib.
AzerTimes-ın
məlumatına görə, görüş Madriddə keçirilib. Qonaqlar “Real Madrid”in
qapısına dörd cavabsız qol göndəriblər.
“Barselona”nın hücumçusu Pyer-Erik Obameyanq dubl edib. Daha iki
qolu Ronald Arauxo və Ferran Torres vurublar.
“Real”ın hücumçusu və La Liqanın bombardiri Karim Benzema oyunu
buraxıb. Hücumçu İspaniya çempionatının əvvəlki turunda
zədələnib.