İspaniya hakimiyyəti Cənubi Afrikanın İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddiaya qoşulmağa qərar verib.
AzerTimes xəbər verir ki, bu barədə jurnalistlərə Krallığın xarici işlər naziri Xose Manuel Albares deyib.
“İspaniya Cənubi Afrikanın Qəzzadakı vəziyyətə görə Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddiaya qatılacaq və məhkəmənin qərarını dəstəkləyəcək”, – o bildirib.
Qeyd edək ki, İspaniya ilə İsrail arasında münasibətlər Madridin Fələstini dövlət kimi tanıması fonunda pisləşib.