İspaniya bu tarixdə Ukraynaya texnika göndərəcək

İspaniya bu tarixdə Ukraynaya texnika göndərəcək

İspaniya əvvəllər söz verdiyi Leopard tanklarını gələn həftə poliqonda sınaqlar başa çatdıqdan sonra Ukraynaya göndərəcək.

AzerTimes xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün ölkənin müdafiə naziri Marqarita Robles Sevilya əyalətinin Alkala de Quadayra şəhərində yerləşən GDELS-Santa Barbara Sistemas silah zavoduna baş çəkib. Robles altı Leopard 2A4 tankının istismara verilməsini təsdiqləyib və bu tankların gələn həftənin sonunda sınaq meydançasında yekun sınaqdan sonra Ukraynaya göndərilməsi gözlənilir. Ötən gün vəd edilən daha 4 tankın nə vaxt təhvil veriləcəyi hələ bildirilməyib”, – məlumatda deyilir.

Teqlər: