İspaniya baş naziri koronavirusa yoluxdu

İspaniya baş naziri koronavirusa yoluxdu

İspaniya Baş naziri Pedro Sançes koronavirusa yoluxub.

AzerTimes xəbər verir ki, bu barədə baş nazirin özü Tvitter səhifəsində yazıb.

“Bu gün verdiyim testin nəticəsi müsbət çıxdı. Bütün mümkün ehtiyat tədbirləri alaraq işimi davam etdirəcəm”, – Sançes bildirib.

Bununla əlaqədar o, Barselonada bu günə planlaşdırılan tədbirdə iştirakını ləğv edib.

Teqlər: