İspaniya “AstraZeneca” peyvəndinin istifadəsini dayandırır

İspaniyada ingilis-isveç şirkəti “AstraZeneca”dan alınan koronavirusa qarşı peyvəndin istifadəsini dayandırmağa qərar verilib.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə krallığın səhiyyə naziri Karolina Darias bildirib.


“AstraZeneca” peyvəndinin istifadəsi Avropa Dərman Agentliyinin son günlərdə baş verən qan laxtalanma hallarını analiz edənə qədər müvəqqəti olaraq dayandırılır”, – K.Darias deyib.