İspaniya 3 minə yaxın miqrantı Mərakeşə geri göndərib

Xəbər - Orxan Nəbiyev – Trend:

İspaniya hökuməti son günlər ərzində Mərakeşdən ölkə ərazisinə daxil olan qeyri-leqal miqrantlardan 2,7 min nəfəri geri qaytarıb.

Trend-in məlumatına görə, ötən gün 6 minə yaxın mərakeşli miqrant İspaniyanın Afrika ərazisində yerləşən Seuta muxtar şəhərinə daxil olub.

Bu rəqəm indiyə qədər gün ərzində İspaniyaya daxil olan miqrant sayına görə ən yüksək göstərici olub.


İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska bildirib ki, miqrantların şəhərə girişinin qarşısının alınması üçün Seutadkı ordu hissələri səfərbər edilib.