İsmayıllıya dincəlməyə getdi, zibillik içində bulaq tikdi – Foto

İsmayıllıya dincəlməyə getdi, zibillik içində bulaq tikdi – Foto

Zəlimxan Məmmədli istirahətə getdiyi İsmayıllıda olduqca nümunəvi, alqışlanası hərəkət edib.

AzerTimes xəbər verir ki, bu barədə tanınmış jurnalist Elşad Paşasoy məlumat yayıb.

O bildirib ki, Z.Məmmədli cəmi 4 günə “Bəy bulağı” tikib, İsmayıllının bir guşəsini abadlaşdırıb:

“İstirahətə getmiş adam qollarını çırmalayıb, şəxsi hesabına bulaq tikib! İstirahətə getdiyi ünvanda yeyib-içəndən sonra zibil qalaqlarını “yadigar” saxlayan, bir siqaret kötüyü ilə təbiətin anasını ağladanlar hardan bilsin bu nümunənin qiymətini?”

Jurnalist qeyd edib ki, tikilən bulağa, ucaldılan bayrağa, abadlaşdırılan əraziyə görə Zəlimxan Məmmədliyə təşəkkür etmək, onu heç olmasa bir çaynik çaya qonaq etmək əvəzinə, bələdiyyə sədrinin bulağı sökdürəcəyi ilə hədələdiyi bildirilir.

Teqlər: