İsmayıllıda yeniyetmə ata və oğlunu bıçaqladı

İsmayıllıda yeniyetmə ata və oğlunu bıçaqladı

İsmayıllı rayonunda ata və oğlu bıçaqlanıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 9-da rayonun Kürdmaşı kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 2006-cı il təvəllüdlü Q.Gülmalıyev yaşadıqları evin həyətində həmkəndliləri – 1994-cü il təvəllüdlü Cümşüd Rauf oğlu Nəcəfov və onun atası, 1964-cü il təvəllüdlü Rauf Cümşüd oğlu Nəcəfov ilə aralarında ailə-məişət zəminində mübahisə düşüb.

Nəticədə o, R.C.Nəcəfova bir, C.Nəcəfovaya isə 2 bıçaq zərbəsi vuraraq xəsarət yetirib.

Daha sonra Q.Gülmalıyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən şəxsin izahatı alınıb, müvafiq ekspertiza təyin olunub və polis şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: