İsmayıllı rayonunda vəzifəli şəxslə dalaşan gənc həbs edilib.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, hadisə rayonun Ticran kəndinə baş verib.
Həmin kənddə tənha yaşayan 26 yaşlı Əlisahab Qədirov kənd icra nümayəndəliyinə gələrək icra başçısının nümayəndəsi Əhməd Əhmədovun kabinetinə daxil olub. O, naməlum şəxs tərəfindən itinin öldürüldüyünü, maddi vəziyyətinin pis olduğunu bildirərək mübahisə yaradıb. Vəzifəli şəxs yanında başqa vətəndaşın olduğunu bildirərək onu kabinetdən çıxarmaq istəyib. Bu zaman onlar əlbəyaxa olublar və hər ikisi yerə yıxılıb.
Əlisahab inzibati binadan çıxandan sonra icra nümayəndəsini söyərək təhqir etməyə davam edib.
Əhməd Əhmədovun şikayətindən sonra Ə.Qədirov saxlanılıb.
Onun barəsində inzibati protokol tərtib edilib. İsmayıllı Rayon Məhkəməsi 29 oktyabrda protokol əsasında qərar çıxarıb və 26 yaşlı gəncə 10 sutka həbs cəzası təyin edilib.