İsmayıllıda məktəbdə qətl törədən şəxs saxlanıldı

Xəbər - Samir Əli – Trend:

İsmayıllı rayon Prokurorluğu məktəbdə törədilən qətl hadisəsilə
bağlı məlumat yayıb.

İsmayıllı rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
fevralın 11-i İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbin
həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın öldürülməsi
faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1997-ci il
təvəllüdlü Bəxtiyar Əhmədli şəxsi münasibətlər zəminində aralarında
yaranmış münaqişə zamanı Gülarə Qəhrəmanovaya bıçaqla çoxsaylı
xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət
Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Bəxtiyar Əhmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: