İsmayıllıda icra nümayəndəsi qəflətən vəfat etdi

İsmayıllıda icra nümayəndəsi qəflətən vəfat etdi

İsmayıllı Rayon İcra Hakimiyyətinin Gəraybəyli kəndi üzrə nümayəndəsi Rüstəm Babayev vəfat edib.

AzerTimes report-a istinadən xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin Gəraybəyli kəndi üzrə nümayəndəsi Rüstəm Babayev xəstəxanada ölüb.

İlkin məlumata görə, rayonun Gəraybəyli kənd sakini, 54 yaşlı Rüstəm Babayevin yaşadığı evdə halı qəflətən pisləşib.

O, təcili tibbi yardım avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırlısa da, bir neçə saat sonra vəfat edib.

İcra nümayəndəsinin ürəktutmasından öldüyü bildirilib.

Teqlər: