İsmayıllı rayonunun Qoşakənd kəndində ümumi sahəsi 120 m² olan
kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları, bitişik ümumi
sahəsi 15 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və
yaxınlıqda ümumi sahəsi 48 m² olan talvarın altına yığılan 3 ton ot
bağlamasının 60 kiloqramı yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ot bağlamalarının qalan
hissəsi və talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.