İsmayıllıda dağlıq ərazidəki yanğın söndürülüb

İsmayıllı rayonu, Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, yanğın nəticəsində ümumilikdə, təqribən, 5 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.


Relyefin mürəkkəbliyinə baxmayaraq, görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Teqlər: