İsmayıllı rayonu, Tağlabiyan kəndinin ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində qanunsuz yolla ağac kömürü istehsal edən 4 ocaqxana və kömür quyusu aşkar olunub.
Bu barədə AzerTimes-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov deyib.
O bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı aşkar olunan kömür quyuları ləğv edilib və təqsirkar şəxslərin müəyyən olunması üçün toplanmış sənədlər İsmayıllı Rayon Polis Şöbəsinə göndərilib.