İsmayıllı rayonunun İvanovka kəndinə gedən asfalt yolda 1958-ci il təvəllüdlü Fazil Firudin oğlu Abdullayev idarə etdiyi “Kia Sorrento” markalı avtomobillə yaşadığı Soltan kənd istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
AzerTimes Report-a istinadən xəbər verir ki, avtomobil yolun kənarına çıxaraq aşağı yuvarlanıb.
Nəticədə avtomobildə olan həyat yoldaşı 1961-ci il təvəllüdlü Fatma Xasay qızı Abdullayeva hadisə yerində ölüb, qızı Mətanət Abdullayeva, qohumu Ələkbərova Nübar müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb.