İsmayıllıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Axşam saatlarında rayonun Təzəkənd kəndi ərazisində qeydə alınmış hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
Bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan AzerTimes-a bildirilib ki, avqustun 20-də saat 19 radələrində İsmayıllı rayonu ərazisində “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Məsarif Rüstəmov həlak olub, digər 3 nəfər – Camal Zeynalov, Elnur Bayramov və Valeh Məmmədov xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.