İsmayıllıda meşə fonduna daxil olan ərazidə ağacları qanunsuz kəsən şəxslər müəyyən olunub.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, İsmayıllı rayonunun Zərnava kəndində meşə fonduna daxil olan ərazidə 20-yə yaxın vələs və fıstıq ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.
Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin ağacları kəsən 3 nəfər rayon sakini müəyyən olunub.
Hazırda faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.