İsmayıllı rayonunun ucqar dağ kəndi olan Qoydanda baş verən torpaq sürüşməsi nəticəsində beş ev qəzalı vəziyyətə düşüb, daha üç evdə isə təhlükəli vəziyyət yaranıb.
AzerTimes Baku.tv-yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində hazırda kəndlə əlaqə kəsilib, gediş-gəlişdə problemlər yaşanır.
Kənd sakinlərinin sözlərinə görə, sürüşmədən sonra palçıq evlərin içinə dolub:
“Səhərə kimi yatmamışıq, çöldə yağışın altında qalmışıq. Uşaqlar qorxudan, həyəcandan ağlayırlar”.