İsmayıllı sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, rayonun Xanagah kənd sakini Fərhad Bünyatovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Onun barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Teqlər: