İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb

İsmayıllı sakinindən qanunsuz odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-ə verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Qalacıq kənd sakini Üzeyir Məlikovdan qanunsuz olaraq saxladığı “TOZ-63” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Onun barəsində protokol tərtib olunaraq müvafiq qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.

Teqlər: