Hacıqabul şəhərinin ərazisində Hacıqabul Quşçuluq Şirkəti MMC-yə məxsus 2380 manat dəyərində dərman həbləri oğurlanıb.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, hadisəni törətmiş şəxslərin oranın işçiləri olduğu müəyyənləşib.
Şirvan şəhər sakinləri 1999-cu il təvəllüdlü Məhəmməd Abbasov və 2004-cü il təvəllüdlü Məhəmməd Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılıb.