İslandiyada fövqəladə vəziyyət elan edilib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin meteorologiya idarəsi məlumat yayıb.
Məlumata görə, Reykyanes yarımadasında vulkan püskürməsi ehtimalına görə Qrindavik şəhərinin boşaldılması barədə qərar verilib.
Bildirilib ki, maqma şimaldakı Stora Skoqsfelldən cənubdakı Qrindavikə qədər yayılır.