İslandiyada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd edilir ki, yeraltı təkanların episentri ölkənin paytaxtı Reykyavik şəhərindən 214 km şimal-şərqdə yerləşib. Zəlzələ 10 km dərinlikdə yerləşirdi.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.