Futbol üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında yarımfinal oyununa çıxıb.
AzerTimes xəbər verir ki, “19 iyul” stadionunda təşkil olunmuş qarşılaşma yerli komandanın qələbəsi ilə yekunlaşıb – 1:0. meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 43-cü dəqiqədə Məhəmməd Gümüşkaya vurub.
Bu qələbə sayəsində Türkiyə millisi finala çıxıb.
Azərbaycan millisi isə 3-cü yer uğrunda görüşdə Əlcəzair – Səudiyyə Ərəbistanı matçının məğlubu ilə görüşəcək.