İslamiada açılışı başladı

İslamiada açılışı başladı

Bir neçə dəqiqə əvvəl Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyini rəsmən elan etdi. IV İslam Həmrəyliiyi Oyunlarının açılış mərasimi başlayıb. İstiPress-in Açılış yerində – Olimpiya stadionunda olan müxbirinin verdiyi məlumata görə, mərasim möhtəşəm şou ilə başlayıb. Murad Dadaşovun aparıcılığı ilə başlayan açılışdı bir-birini əvəz edən maraqlı nömrələrin olacağı gözləninlir. Açılışda yerli və xarici məhşurlar da çıxış edəcəklər.

Qeyd edək ki, IV İslam Həmrəyliyi oyunları 14 məkanda keçiriləcək. Bunlar, Bakı Olimpiya Stadionu, “Baku Crystal Hall”, Tofiq Bəhramov adına Respublika stadionu, Bakı Su İdmanı Sarayı, Heydər Əliyev Arenası, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, “İnter Arena”, Bakı Olimpiya Kompleksi, “Bakcell Arena”, Sərhədçi İdman Olimpiya Mərkəzi və digərləridir.

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində komandaların paradı başlayıb. Hər komanda stadiona öz bayrağı altında daxil olub. Onlar plakat saxlayan kişinin və mis qabda su daşıyan qadının arxasınca gediblər. Azərbaycan komandası stadiona daxil olan kimi Natiq Şirinov və digər 19 nağaraçı ifa etməyə başlayıb. “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının bayraqları yan-yana dalğalanmağa başlayıb. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı Azərbaycanın 10 çempionu tərəfindən stadiona gətirilib. İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı hərbçilər tərəfindən qaldırılıb. Bütün idmançılar və hakimlər adından and içilib.