İslamı qəbul edən yəhudi yazıçı vəfat etdi

İslamı qəbul edən yəhudi yazıçı vəfat etdi

İslamı qəbul edən yəhudi əsilli ABŞ yazıçısı Şəms Frilander 82 yaşında İstanbulda vəfat edib.

AzerTimes xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən yazıçı noyabrın 22-də dünyasını dəyişib.

Yazıçı bu gün İslam qaydalarına uyğun olaraq Türkiyənin Konya vilayətində torpağa tapşırılıb.

1940-cı ildə Nyu-Yorkda dünyaya gələn yazıçı universiteti bitirdikdən sonra qrafik dizayner kimi fəaliyyətə başlayıb və 1972-ci ildə Bruklin Musiqi Akademiyasına gələn mövləvilərlə tanış olub. Həmin il o, mövləvilərin dəvəti ilə Konyaya gələrək müsəlmanlığı qəbul edib.

Qrafik dizayn, fotoqraf, rəssamlıq, kino və təsəvvüf haqqında kitabların müəllifi olan Fridlander İslam Araşdırmaları İnstitutu tərəfindən 2012-ci ilin ən nüfuzlu 500 müsəlmanından biri seçilib

Teqlər: