Hindistanda 47 yaşlı kişi Məhəmməd peyğəmbəri təhqir edən müxalifətdə olan Bharatiya Janata Partiyasının üzvü Nupur Şarmanı dəstəklədiyi üçün başı kəsilməklə qətlə yetirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.
Bildirilib ki, hadisə 28 iyun 2022-ci ildə Racastan ştatının Udaipur şəhərində baş verib.
Qətldə şübhəli bilinən iki şəxs saxlanılıb.
Amansız qətlin baş verdiyi şəhərdə yaşayan müsəlmanlar hindlilərin mümkün aksiyalarından narahatdırlar.
“Mən bilirəm ki, edilənlər vəhşilikdir, lakin cəmiyyət iki nəfərin hərəkətinə görə məsuliyyət daşımamalıdır” – şəhərin müsəlman sakinlərindən biri deyib.