Qəzzada döyüşlər davam edərsə, İslam ölkələri İsraillə döyüşmək üçün fələstinliləri silahlandırmalıdır.
AzerTimes xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün növbədənkənar sammitində çıxışı zamanı deyib.
Bundan başqa, İran prezidenti islam ölkələrini İsrailə qarşı sanksiyalar, o cümlədən bu dövlətə neft tədarükünə embarqo qoymağa çağırıb.