İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livan-Suriya sərhədində yerləşən “Məsnaa” keçid məntəqəsi yaxınlığında “İslam müqaviməti” döyüşçülərini daşıyan avtomobili vurub.
AzerTimes xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində “Əl-Cəmaə əl-İslamiyyə” sünni radikal qruplaşmasının silahlı birləşmələrinin komandiri Şurahbil əs-Seyid və onu müşayiət edən döyüşçülərdən biri ölüb.