İslam İnsan Haqları Komissiyasının direktoru istefa verdi

İslam İnsan Haqları Komissiyasının direktoru istefa verdi

Londonda yerləşən İslam İnsan Haqları Komissiyasının direktoru Səidrza Amili tutduğu vəzifəsindən istefa verib.

AzerTimes xəbər verir ki, bu barədə “RadioFarda” məlumat yayıb.

Məlumatda bildirilir ki, o, 2022-ci ilin 28 dekabrında istefa ərizəsi yazıb. Əvvəllər İslam Respublikası Ali Mədəni İnqilab Şurasının katibi olmuş Amili 2006-cı il avqustun 1-dən İslam İnsan Haqları Komissiyasının direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, son aylarda İranda keçirilən ümumxalq etirazlardan sonra Səidrza Amilinin fəaliyyəti və keçmişi nəzarət altında idi. O, məcburi hicab sahəsində ciddi qanunların hazırlanması və təsdiqlənməsində rol oynamaqda günahlandırılırdı.

Teqlər: