İslam dini qadınların qapanmasını tələb etmir – İlahiyyatçı

İslam dini qadınların qapanmasını tələb etmir – İlahiyyatçı

ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev Qurandan istibas gətirərək, islamda qadınların çarşaba bürünməsinin vacib olduğu barədə iddiaları təkzib edib. O qeyd edib ki, Quranda qadınlara yalnız sinələri və naməhrəm yerlərini örtmək tövsiyə edilib, ancaq qadının tam bürünməsi barədə heç bir ayə yoxdur.

V.Mustafayevin bu fikri ciddi müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı AzerTimes-a danışan ilahiyyatçı Elşad Miri deyib ki, baş örtüsü anlayışı islamın gətirdiyi bir element deyil:

“Xristianlara baxsanız, rahibələr də örtünür. İsrailə getsəniz, orada olan əcnəbi qadınların daha qəti şəkildə örtüldüyünə şahid olacaqsınız.

Müsəlmanların yaşadığı bəzi ölkələrdə bu, tarixi bir ənənə idi. Bu, islamın gətirdiyi ənənə deyil.

Quranda “Ərəf” və “Nur” surələrində bu haqda qeyd olunub. Orda deyilir ki, mövcüd olan örtüklərini örtünsünlər. Yəni yeni bir örtük örtülməsi, yaxud əvvəllər başıaçıq gəzdikləri bildirilmir. İslamda əsas mahiyyət nədən ibarətdir? Örtünmə – sadəcə olaraq qadınların örtünməsi ilə bağlı deyil. Kişilərin özlərinin paklanması, gözlərinin örtünməsi ilə bağlıdır. Buna görə də hicab anlayışının belə təqdim olunması düzgün deyil. Bu, qadınların özlərinin seçimidir və onların seçiminə hər kəs hörmətlə yanaşmalıdır”, – ilahiyyatçı bildirib.

Teqlər: