Xəbər - SamirƏli – Trend:
İslahatlar dövrün tələblərinə uyğun həyata keçirilir. Bəzi sahələr var ki, bunlar aktual məsələlərdir.
AzerTimes-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası barədə təşkil olunan birgə mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Baş Prokurorluğun yeni yaradılmış cinayət təqibindən kənar icraatlar idarəsinin əsas fəaliyyəti ictimai maraqların qorunmasıdır: ” Cəmiyyətdə bəzi qrup əhalinin hüquqlarını müdafiəsinə böyük ehtiyac var. Mələsən, azyaşlılarla bağlı son dönəmlər cinayət hadisələri müşahidə edirik”.
K.Əliyev deyib ki, dövlətə dəymiş ziyanın ödənilməsi ilə bağlı da Xidməti Araşdırmalar İdarəsi yaradılıb: “Bu, sırf prokurorluq orqanlarının inzibati xətalarının, etik davranış qaydalarının pozulmasının araşdırılması ilə bağlıdır”.