İslahat olmasa, devalvasiya, inflyasiya, gərginlik olacaq

İslahat olmasa, devalvasiya, inflyasiya, gərginlik olacaq

Kimin seçilməsindən asılı olmayaraq, ölkəmizdə islahatlar qaçılmazdır. Əks halda ciddi problemlərlə üz-üzə qalacağıq, devalvasiya və infilyasiyadan yayınmaq mümkün olmayacaq, ölkəmizdə sosial və ardınca siyasi gərginlik yaşanacaq.

AzerTimes xəbər verir ki, bu sözləri BAXCP sədri, prezidentliyə namizədliyini irəli sürən Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, ölkədə müasir texnologiya əsasında yüngül və ağır sənaye, maşınqayırma, kimya və emal sənayesi, kənd təsərrüfatı inkişaf etdirilməli, əlverişli biznes mühiti yaradılmalı, investisiya cəlb olunmalı, iqtisadi azadlıqlar, mülkiyyət toxunulmazlığı olmalıdır.

Teqlər: