Türkiyə sərhədinə yaxınlığında terror dəhlizinə icazə vermədik, verməyəcəyik də.
AzerTimes xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar ölkə mediasına açıqlamasında deyib.
“Hədəfimiz yalnız terrorçulardır. Bunu hər kəs bilməlidir: İŞİD müsəlmanları təmsil etmir, PKK da kürdləri. Təcili olaraq lazımi ölkələrin öhdəliklərinə əməl etmələrini gözləyirik. Tel-Rifat və Mənbic bölgəsi terror yuvasına çevrilib. Bölgəmizin gələcəyində terror təşkilatlarına yer yoxdur. Vaxtında və yerində bütün vacib antiterror əməliyyatlar edilib və ediləcək”, – nazir bildirib.