ABŞ hərbçilərinin Suriyaya endirdiyi zərbə nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
“Mərkəzi Komandanlıq İŞİD-in Suriyanın şərqindəki lideri Üsamə əl-Muhacirin ölümünə səbəb olan zərbə endirib. Zərbə zamanı mülki əhalinin öldüyünə dair heç bir dəlil yoxdur. Koalisiya mülki şəxslərin xəsarət alması ilə bağlı xəbərləri araşdırır”, – məlumatda deyilir.
Qeyd olunur ki, zərbə MQ-9 pilotsuz uçuş aparatı ilə həyata keçirilib.