İŞİD Kabil teraktını üstləndi

İŞİD Kabil teraktını üstləndi

İŞİD Kabilin şərqində avtomobili hədəf alan və azı 3 nəfərin ölümü ilə nəticələnən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

AzerTimes xəbər verir ki, bu barədə Kabil polisinin sözçüsü Xalid Zadran məlumat yayıb.

Məlumata əsasən, İŞİD qruplaşması öz Teleqram kanalında “Polçarxi” həbsxanasının əməkdaşlarını daşıyan avtomobilə partlayıcı yerləşdirdiyini etiraf edib.

Bu, son günlər İŞİD-in məsuliyyəti üzərinə götürdüyü ikinci terror aktıdır.

Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabil şəhərində mikroavtobusa quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Teqlər: