İŞİD terror qruplaşması İraqın Kərkük əyalətinin təxminən 25 kilometr qərbində yerləşən Vadi əl-Naft bölgəsindəki hərbi kazarmaya hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı mənbəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, hücum nəticəsində 3 İraq hərbçisi həlak olub, 4-ü isə yaralanıb.