İŞİD-in Suriyadakı lideri pilotsuz təyyarənin hücumu nəticəsində öldürülüb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Deyv İstbern məlumat yayıb.
O bildirib ki, Mahir əl-Aqal Suriyada Cinderes yaxınlığında motosiklet sürərkən öldürülüb.
Mahir əl-Aqalın İŞİD-in ilk dörd liderindən biri olduğu qeyd olunub.