Suriyanın şərqində yerləşən Xüms əyalətində İŞİD terror qruplaşmasının silahlılarının hücumu zamanı 50-dən çox insan həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə Suriyanın “Əl-Əxbariyyə” telekanalı məlumat yayıb.
“İŞİD terrorçularının Xüms vilayətinin şərqindəki Əl-Suxna şəhərinin cənub-şərqində həyata keçirdikləri hücum nəticəsində 50-dən çox vətəndaş həlak olub”, – məlumatda bildirilib.