Donetsk vilayətinin Kramatorsk şəhərində Rusiyanın İsgəndər-M sistemi ilə vurduğu otelin dağıntıları altında 19 saatlıq axtarışdan sonra ölmüş britaniyalı jurnalistin cəsədi tapılıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
“Ruslar Kramatorskda bir əcnəbi jurnalisti öldürüb, 6 nəfəri yaralayıb”, – məlumatda deyilir.
Əlavə edilib ki, yaralananlar arasında dörd müxbir – ABŞ, Almaniya, Latviya və Ukrayna vətəndaşları, həmçinin iki yerli sakin var.
Qeyd edək ki, Rusiya ordusu Kramatorskdakı otel binasına ötən gün zərbə endirib.