Rusiya ordusu “İsgəndər” kompleksi ilə “Bayraqdar”ın anqarını məhv edib.
AzerTimes xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
“İsgəndər” yüksəkdəqiqlikli operativ-taktiki raket sistemi ilə Nikolayev vilayətindəki Voznesensk hərbi aerodromuna zərbə endirilib, nəticədə “Bayraqdar TM-2” PUA-sının anqarı məhv edilib”, – məlumatda deyilir.
Bundan başqa, Nikolayevin Muraxovla yaşayış məntəqəsi ərazisində AN/TPQ-36 radiolakasiya stansiyası da sıradan çıxarılıb.